Erməni əsilli iş adamları Ermənistana sərmayə qoymaqdan qorxurlar - KİV

12 İyun 2019 14:00 (UTC+04:00)

Rusiyanın erməni əsilli iş adamları Ermənistan iqtisadiyyatına sərmayə qoymaqdan qorxurlar.

Bunu “Jamanak” yazıb.

“Rusiyanın erməni əsilli iş adamları Ermənistana sərmayə qoymağa qarşı deyillər. Ancaq bunun Rusiya hakimiyyəti ilə münasibətlərə təsir etməyəcəyinə əmin olmaq istəyirlər. Sadəcə, erməni əsilli rusiyalı iş adamları Rusiya və Ermənistan hakimiyyətləri arasındakı gərginlikdən xəbərdardırlar. Ona görə də Ermənistana sərmayə qoyandan sonra Rusiyadakı əmlaklarına təhlükə yaranmayacağına əmin deyillər”, - deyə qəzet vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində rusiyalı erməni əsili iş adamlarını ölkəsinə sərmayə qoymağa çağırmışdı.(report.az)

AzNews.az