Kraliçanın yaşadığı villa satışa çıxarıldı - FOTOLAR

12 İyun 2019 14:30 (UTC+04:00)

“The Telegraph” agentliyi xəbər verir ki, villaya 6 milyon avro (12 milyon manat - red.) qiymət qoyulub.

Paytaxt Valetta yaxınlığında yerləşən villada kraliça həyat yoldaşı şahzadə Filipp Malta dəniz donanmasında xidmət edərkən - 1949-1951-ci illərdə yaşayıb.

Kraliça buradan köçdükdən sonra isə ümumi sahəsi 1560 kvadrat metr olan villa baxımsız vəziyyətə düşüb.

II Yelizaveta 2015-ci ildə Maltaya səfəri zamanı bu evin onun üçün hər zaman özəl qalacağını bildirib.(oxu.az)