Fransa XİN başçısı Türkiyəyə gəlir

12 İyun 2019 14:54 (UTC+04:00)

Türkiyənin NTV telekanalı xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında həyata keçirilir.

Səfər çərçivəsində ikitərəfli əlaqələr, regional və beynəlxalq aktual məsələlər, Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin müzakirə olunacağı gözlənilir.(qafqazinfo.az)

AzNews.az