Məğlub olan qadın futbolçular belə üzr istədilər - VİDEO

12 İyun 2019 16:02 (UTC+04:00)

Futbol üzrə qadınlar arasında keçirilən dünya çempionatında maraqlı hadisə yaşanıb.

ABŞ Tayland millisini 13:0 hesabı ilə darmadağın edib.

Biabırçı məğlubiyyətdən sonra Tayland millisinin üzvləri tribunaya yaxınlaşaraq azarkeşlərdən üzr istəyiblər.

Onlar fanatların qarşısında baş əyiblər.

Qeyd edək ki, taylandlı qadın futbolçular qrupda ikinci matçını İsveç millisinə qarşı keçirəcək.(qafqazinfo.az)

AzNews.az