Şair Murad Köhnəqala həbs edildi

12 İyun 2019 16:03 (UTC+04:00)

“Məhkəmə 12 min manat alimenti ödəmədiyi üçün Murad Köhnəqalanı həbs edib”

AzNews.az xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Şəlalə Göytürk sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, Murad Köhnəqalanın həbsinə səbəb birinci həyat yoldaşının tələb etdiyi alimenti ödəməməsidir:

“Tovuz Rayon Məhkəməsi Murad Köhnəqalanı həbs etdi. O, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verib. İndi isə işsiz, gücsüz və himayəsində körpə uşağı olan bir adamdan 12 min manat aliment tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz”.

Bahar RÜSTƏMLİ

AzNews.az