Oğuzda ağır qəza - Ölən var

12 İyun 2019 16:50 (UTC+04:00)

Hadisə bu gün rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "VAZ-2107" markalı 48-BE-233 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə 5 nəfər olub. Onlardan birinin öldüyü bildirilir.

Yaralanan şəxslər isə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.(report.az)

AzNews.az