Nikaha daxil olmaq istəyən şəxslərdən 4-də QİÇS aşkarlandı

12 İyun 2019 17:11 (UTC+04:00)

Bu barədə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva bildirib ki, onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub".

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 555100 nəfərdə qan müayinəsi aparılıb:

“19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb".(report.az)

AzNews.az