Qarabağ“ “Neftçi“yə məğlub olub

4 May 2013 19:41 (UTC+04:00)


Oyunda ilk topu "Neftçi"nin hücumçusu Nikolas Kanales 22-ci dəqiqədə vurub (0:1).

Oyunun 72-ci dəqiqəsində isə "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda cavab qolu vuraraq hesabı bərabərləşdirib (1:1).
84-cü dəqiqədə Kanales bu oyunda öz ikinci qolunu vuraraq (1:2) komandasını irəli çıxardıb.

Beləliklə "Neftçi" bu oyunda qələbə qazanaraq çempionluğa daha da yaxınlaşıb.

AzNews.az