Sudanda növbəti dəfə dövlət çevrilişinə cəhd oldu

12 İyun 2019 17:40 (UTC+04:00)

Sudanda növbəti hərbi çevriliş cəhdinin qarşısı alınıb.

Bu barədə RİA "Novosti" xəbər verir.

"Al-Arabia" telekanalının məlumatına görə, Sudanda keçid hərbi şuraya qarşı çevriliş cəhdinin qarşısı alınıb və 68 zabit saxlanılıb.

Xatırladaq ki, dörd aylıq xalq etirazları fonunda aprelin 11-də Sudanda hərbi çevriliş olub. Prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb, ardından həbsxanaya salınıb. Hakimiyyəti ordu tərəfindən yaradılan keçid hərbi şura əlinə alıb. Onlar iki il ərzində hakimiyyəti seçilmiş hökumətə ötürəcəklərini açıqlayıblar.(report.az)

AzNews.az