Daha bir hərbi təlim Cənubi Çin dənizində keçirilir

12 İyun 2019 19:25 (UTC+04:00)

Yaponiya və ABŞ Cənubi Çin dənizində “Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin də qatıldığı birgə hərbi təlimlər keçirirlər.

Təlimlərdə Yaponiya özünümüdafiə qüvvələrinin “İzumo” helikopter daşıyan gəmisi də iştirak edir. Bildirilir ki, Yaponiyanın “Murasame” və “Akebono” esmineslərinin qatıldığı təlimlər iyunun 10-da başlanıb. Təlimlər əsasən, birgə hərəkətin idarə edilməsi üzrə aparılır.

Nəşrin bildirdiyinə görə, təlimlərin təşkilinin digər məqsədi Cənub-Şərqi Asiya ölkələri ilə ərazi mübahisələri aparan Çinin Cənubi Çin dənizindəki əraziləri fəal şəkildə mənimsəməsinin qarşısını almaqdır.(musavat.com)

AzNews.az