Məktəblərin psixoloq məsələsi diqqət mərkəzindədir

12 İyun 2019 23:50 (UTC+04:00)

“Müvafiq ixtisas sənədi olmayan şəxsin məktəbdə işləməsi mümkün deyil və belə hal yoxdur”.

Bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev “Real TV”nin suallarını cavablandırarkən deyib. Tağıyev “Məktəblərə psixoloqlar hansı formada işə götürülür” sualına belə cavab verib:

“Son 5 ildə baza təhsili psixologiya olan şəxsləri müsabiqəyə buraxırıq və bunun yüksək nəticələri olur. Ötən il də bu il aşağı keçid balı ən yüksək psixoloqların keçid balı idi. Nəzəri baxımdan yüksək bilikləri olub. Məktəb mühitinin yaxşılaşdırılması istiqamətində Bakı Şəhər Təhsil İdarəsi tərəfindən məktəblərdə seminarlar, müşavirələr, təlimlər təşkil olunub. Hər rayon üzrə ayrı-ayrılıqda keçirilən məktəb seminarlarında 5 mindən artıq şəxs iştirak edib ki, onların arasında məktəb direktorları da, psixoloqlar da, valideynlər və müəllimlər də olub. Məktəbdəki problemli situasiyalar müzakirə edilib, tövsiyələr verilib. Daim bu istiqamət nəzarətdədir”(qafqazinfo.az)

AzNews.az