Ərdoğan S-400 məsələsində nöqtəni qoydu

13 İyun 2019 10:04 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatı S-400 zenit-raket komplekslərinin Rusiyadan alınması məsələsində nöqtəni qoyub.

Türkiyəli lider Rusiyadan alınan S-400-lərin artıq iyulda ölkəyə gətiriləcəyini bəyan edib.

R.T.Ərdoğan deyib: "Mən demirəm ki, Türkiyə S-400 alır. Mən deyirəm ki, Türkiyə S-400-ləri artıq alıb və onlar gələn ay ölkəyə gətiriləcək".(trend.az)

AzNews.az