Şamaxıda 37 hektar taxıl zəmisi kül oldu - Sakinlər şokda

13 İyun 2019 10:00 (UTC+04:00)

Şamaxı rayonunda taxıl zəmisində baş verən yanğın bu dəqiqələrdə söndürülüb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

AzNews.az