Zidanın evinə oğru girdi

13 İyun 2019 10:20 (UTC+04:00)

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanla yarımmüdafiəçisi İskonun evləri talanıb.

“Marca” xəbər verir ki, hadisə zamanı onlar evə olmayıblar. Quldurlar evlərdən bahalı əşyalar aparıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Madridin “Atletiko” klubunun hücumçusu Alvaro Morata İspaniya millisində olduğu zaman evi qarət edilmişdi. Daha öncə də Madrid klublarında oynayan bir neçə futbolçu eyni aqibətlə üzləşib.(qafqazinfo.az)

AzNews.az