MN Ermənistan silahlı bölmələrini ifşa etdi - FOTOLAR

13 İyun 2019 10:31 (UTC+04:00)

İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.

Bunu Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq bildiriblər.

"Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib. Düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları KİV-ə təqdim edirik", nazirlikdən bildirilib.(report.az)

AzNews.az