Xarici turistlər üçün “Yanardağ” qoruğuna bilet 9 manat olacaq

13 İyun 2019 12:37 (UTC+04:00)

"Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu avqustun 1-dən fərqli qiymətlərlə xidmət göstərəcək".

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, xarici vətəndaşlar üçün qoruğa giriş 9 manat olacaq: "Turizm şirkətləri əvvəldən saziş bağlayıblarsa və buna dair sübutları olsa onlara köhnə qiymətlər tətbiq ediləcək. Yerli turistlər üçün qoruğa giriş 2 manatdır. Eyni zamanda bəzi sosial təbəqələr üçün biletlərin qiymət fərqli olacaq. Belə ki, tələbələr üçün bilet 1 manat, məktəblilər üçün isə pulsuz olacaq".

F.Nağıyev əlavə edib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi turist gəlir və hazırda da artım müşahidə edilir: "Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, otellər, turizm informasiya mərkəzlərində "Yanardağ"la məlumatlar olacaq".(report.az)

AzNews.az