Qaradağda yanğın - Hadisə yerinə helikopter göndərildi

13 İyun 2019 14:13 (UTC+04:00)

Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az