Yetkinlik yaşına çatmayan hamilə qızı əri döydü

13 İyun 2019 14:29 (UTC+04:00)

Hadisə iyunun 12-də Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü İ.A. polisə müraciət edərək bildirib ki, iyunun 12-də gecə saat 01:00 radələrində həyat yoldaşı onun hamilə olduğuna baxmayaraq, qarın nahiyyəsindən təpikləyərək döyüb.

O, 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

AzNews.az