Biznes mərkəzi təxliyyə edildi

13 İyun 2019 14:44 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvanın mərkəzində “Borodino Plaza” biznes mərkəzində insanlar təxliyyə olunub.

Buna səbəb mərkəzdə baş vermiş qısaqapanma olub.

Qeyd olunur ki, biznes mərkəzində yanğın başlayıb. Yanğının qarşısı qısa müddətdə alınıb.

Binada olanlar vaxtında oranı tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.(trend.az)

AzNews.az