Türkiyənin patrul postuna hücum - Yaralılar var

13 İyun 2019 15:29 (UTC+04:00)

Suriyanın İdlib şəhərində Türkiyəyə məxsus patrul postuna hücum baş verib.

Post minaatanlardan atəşə tutulub.

Hücum nəticəsində 3 türk hərbçisi yaralanıb. Patrul postuna ciddi ziyan dəyib.

Hərbçilər xəstəxanaya yerləşdirilib.

Hücumun kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.(trend.az)

AzNews.az