Rusiya ABŞ-a səsləndi - "Biz çox narahatıq"

13 İyun 2019 15:54 (UTC+04:00)

“Moskva Vaşinqtonun Polşada pilotsuz uçuş aparatı yerləşdirilməsindən narahatdır”.

AzNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

Related image

O bildirib ki, bu, Avropada hərbi gərginliyin artırılması cəhdlərini əks etdirir:

“Əlbəttə, biz çox narahatıq, çünki bu, Avropada, xüsusilə də NATO-nun şərq cinahında hərbi gərginliyin artırılması deməkdir. Yanlış bəhanələr sabitliyi pozan və vəziyyəti gərginləşdirən proqramların həyata keçirilməsi üçün istifadə olunur".

Pərvanə Ağazadə

AzNews.az