Anası səhnəyə çıxıb, Ayseldən danışdı - VİDEO

13 İyun 2019 16:55 (UTC+04:00)

Müğənni Aysel Əlizadənin ad günü məclisində sənət dostları ilə yanaşı ailə üzvləri də yer alıblar.

Sənətçinin anası Səmayyə xanım səhnəyə çıxaraq, qızı haqda danışıb.

O, övladına arzularını dilə gətirib.

Qeyd edək ki, Aysel anasını hər zaman gündəmdən uzaq tutub.

Səmayyə xanım bir dəfə yalnız "Evdəkilərə salam" verilişində qonaq olub.(axşam.az)

AzNews.az