Xaricdə təhsil alanlara xəbər var

13 İyun 2019 17:03 (UTC+04:00)

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Müraciətlərə baxılması sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək.

Qeyd edilən müddət ərzində istisna hal olaraq yalnız hərbi xidmətdə olacaq şəxslər sənədlərinə fasiləsiz olaraq baxılması üçün info@ani.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

AzNews.az