Azərbaycanlılar Gürcüstanda etiraz etdi

13 İyun 2019 23:47 (UTC+04:00)

Sakinlər Gürcüstana xarici ölkələrdən böyük həcmdə pomidor idxal olunduğundan onların məhsulunun 20 tetriyə belə satılmadığını bildirir.

Kənd sakini Tamaz Məmmədov deyib ki, məhsulun yetişdirilməsi üçün bankdan kredit götürüb:

“Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.

Məhsul istehsalçıları etiraz əlaməti olaraq çoxlu sayda pomidoru ayaq altına ataraq məhv ediblər(axar.az)

AzNews.az