Beynəlxalq velosiped turunun sonuncu mərhələsinə start verildi

5 May 2013 10:30 (UTC+04:00)
Mayın 5-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun sonuncu - beşinci mərhələsinə start verilib.

AzNews.az-ın məlumatına görə, yarış Azadlıq meydanından start götürüb.

5-ci mərhələ paytaxtın mərkəzi küçələri - Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Hüseyn Cavid prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Füzuli küçəsi, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Puşkin küçəsi marşrutu üzrə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.
Qeyd edək ki, Tour d`Azerbaidjan - UCI Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.

AzNews.az