“Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir”

14 İyun 2019 11:12 (UTC+04:00)

“Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır. Türk xalqları qadınlara əvəzolunmaz varlıq kimi yanaşır”.

Bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər: “Üzv ölkələrdə gender bərabərsizliyi ilə normative hüquqi baza yaradılıb. Son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”.(report.az)

AzNews.az