Rus polislərin Türkiyədə dincəlməsinə icazə verildi

14 İyun 2019 11:18 (UTC+04:00)

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına Türkiyə və Tailanda səfər etməyə icazə verilib.

“Kommersant”ın verdiyi xəbərə görə, müvafiq sərəncamı Daxili İşlər naziri Vladimir Kolokoltsev imzalayıb.

Xatırladaq ki, polislər və digər güc strukturlarının əməkdaşlarına hər iki dövlət daxil olmaqla ümumilikdə 116 ölkədə dincəlmək 2014-cü ildə ləğv edilmişdi.(qafqazinfo.az)

AzNews.az