Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat etdi

14 İyun 2019 13:41 (UTC+04:00)

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı dünyasını dəyişib.

Bu barədə AzNews.az-a sabiq baş nazir Pənah Hüseyn məlumat verib.

O, qeyd edib ki, Həlimə Əliyeva Türkiyədə vəfat edib:

“Dəfn mərasiminin harada olacağını bilmirik. Yəqin ki, bu barədə əlavə informasiya veriləcək”.

Bahar RÜSTƏMLİ
AzNews.az