Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı mərhum Həlimə Əliyeva Ordubad rayonunun Kələki kəndində dəfn olunacaq.
Bu barədə AzNews.az-a sabiq deputat Arzu Səmədbəylinin qardaşı Aqil Səmədbəyli məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi sabah Türkiyədən Bakıya gətiriləcək:
“Hazırda sənədləşdirmə işləri aparılır. Bakıya gətiriləndən sonra isə mərhumun cənazəsi birbaşa hava limanından Naxçıvana aparılacaq”.
Qeyd edək ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva bu saatlarda Türkiyədə dünyasını dəyişib.
Bahar RÜSTƏMLİ
AzNews.az