“Ümummilli Liderin xidmətləri əvəzsizdir” - Politoloq

14 İyun 2019 14:54 (UTC+04:00)

"Bütün tarixi dönəmlərdə müxtəlif növ müqavilələrlə Azərbaycan torpaqlarının bir hissəsi parçalanaraq qonşu dövlətlərə verilir və təsdiq olunurdu. Bu halları istər 1813-cü ildə Gülüstan müqaviləsində, istər 1828-ci il Türkmənçay müqaviləsində, istərsə də 1918-ci ildə İravanın Ermənistana verilməsi məsələsində və s. məqamlarda biz aydın şəkildə görə bilirik!".

Bunu politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, 1993-cü il 15 iyun tarixində xalqın və xüsusən də o vaxtki ziyalılarımızın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı qardaş qırğınına son qoymaqla yanaşı, eyni zamanda Azərbaycan torpaqlarının parçalanaraq digər dövlətə verilməsinin və onun təsdiq olmamasının qarşısını aldı: "Bu, böyük tarixi hadisə idi. Belə ki, qeyd etdiyimiz kimi həmin dövrə qədər müxtəlif əsirlərdə və illərdə müxtəlif yollar ilə, müqavilələrlə Azərbaycan torpaqları qonşu dövlətlərin ərazisinə qatılır və təsdiq olunurdu. Təəssüflər olsun ki, həm xalq, həm də o vaxtki xalqımıza yol göstərənlər bu acı hadisə ilə ya razılaşır, ya da zorla razılaşdırılırdı!

Tarixə “15 İyun Milli Qurtuluş Günü" kimi həkk olunan həmin 1993-cü il 15 iyun tarixində əslində Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə öz böyük imzasını ataraq əsirlər boyu heç kimin bacarmadığı bir hadisəni bacardı. Bu gün də düşmən ölkə və onun himayədarları nə qədər çalışsalar da tarixi Azərbaycan torpaqlarını öz ərazilərinə birləşdirə bilmirlər və heç bir zaman da birləşdirə və ya Azərbaycan ərazisində ikinci erməni dövlətini yarada bilməyəcək! Bu, böyük bir tarixi hadisədir, bizdən sonra gələcək nəsillər tarixi vərəqləyəndə Ulu Öndərin nə qədər böyük bir tarixi hadisənin müəllifi oluduğunu bir daha anlayacaqdır!".(sia.az)

AzNews.az