Rusiyanın bu bölgəsində qaraçılara qarşı "müharibə" başladı - yaralılar var

14 İyun 2019 15:10 (UTC+04:00)

Penza vilayətindəki Çemodanovka kəndinin sakinləri ilə qaraçılar arasında münaqişə başlayıb.

AzNews.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Penza Live" cəmiyyəti yayıb.

"Vkontakte" sosial şəbəkəsinin istifadəçilərdən biri deyib ki, qaraçılar kütləvi şəkildə uşaqlara təcavüz edirmiş. Yerli sakinlər də bu səbəbdən uşaqların müdafiəsinə qalxıb.

"Çemodanovkada "müharibə" başladı!"- o, əlavə edib ki, toqquşma nəticəsində bir çox sakinlər xəsarət alıb.

"Podlyushano Penza" sosial şəbəkəsinin bir abunəçisi hadisə yerindən xəbər verib.

Onun sözlərinə görə, münaqişə Kuznetsov küçəsində qeydə alınıb, atəş səsləri eşidilib, daha sonra isə OMON-çular əraziyə gəliblər.

İstifadəçilərdən biri bildirib ki, ən azı üç yerli sakin bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb:

"Qaraçılar bıçaq, tüfəng, balta çıxardılar, kimə gəldi atəş açdılar və sakinlərin üzərinə müxtəlif əşyalar tulladılar. Bir oğlanı bıçaqladılar, birinin başını şiferlə deşdilər".

Guya qaraçılar polislərə deyiblər ki, bıçaqları itiləyib, hamını kəsəcəklər.

Bəzi abunəçilər də hadisənin gedişatı barədə məlumat veriblər:

"Qaraçılar yetkinlik yaşına çatmayan yerli sakinlərdən birinə təcavüz etməyə çalışıblar. Nəticədə, kəndlilər buna imkan verməyiblər".

Fevral ayında bildirilmişdi ki, Çelyabinsk vilayətində yol polisi əməkdaşları yarım il Rusiyanın cənubunda qaraçı köləliyində qalan Priamurya sakini Vladimir Smuskini xilas ediblər.

O, bir ay tikinti şirkətində çalışıb, burada ona maaş verilməyib. Qaraçılar isə Vladimirə əlavə iş təklif ediblər. İlk vaxtlar ona normal yanaşıblar, amma sonra dilənçiliyə məcbur ediblər.

Hər gün döyüblər, iki gündən bir isə yemək veriblər. O, iki dəfə qaçmağa çalışıb, amma yalnız üçüncü dəfə istəyinə nail olub.

Babək Göyüş

AzNews.az