Berdiməhəmmədov bunu da bacardı VİDEO

14 İyun 2019 17:26 (UTC+04:00)

Hərbçilər, o cümlədən aviasiya gecə həyəcan siqnalı ilə ayağa qaldırılıb. Təlimlərin sonunda Berdiməhəmmədov döyüş velosipedində hədəfi güllələyib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı “Türkmənistan: qızıl əsr” nəşri yayıb

“Arxadağ” titulunu daşıyan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov plandankənar hərbi təlimlər keçirib.

Dövlət başçısı Milli Ordunun qoşunlarını qəfil yoxlamaq qərarına gəlib və gecə yarısından sonra ayrı-ayrı bölmələrin operativ şəkildə döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmrini verib. Hərbi hissələrlə yanaşı, həyəcanla təlim mərkəzinə döyüş təyyarələri və helikopterlər də göndərilib.

Hərbi təlimlərə baxdıqdan sonra Berdiməhəmmədov öz bacarıqlarını nümayiş etdirmək qərarına gəlib, velosipedə oturub və üç hədəfi vurub.

"Hədəfləri dəqiq nişan alan türkmən lideri hərbi qulluqçulara, xüsusilə də gənclərə nümunə göstərərək öz fiziki hazırlığını və ustalığını bir daha nümayiş etdirdi", - deyə nəşr yazır.

Türkmənistan prezidenti mütəmadi olaraq tabeliyində olan müxtəlif silahlardan atıcılıq bacarıqlarını nümayiş etdirir. Bir neçə il əvvəl ordunu Rembo üslubunda yoxlayıb.

Daha sonra türkmən lideri nəvəsi ilə rep yazdırıb.

"Türkmənistan idmançısı" haqqında olan mətn Berdiməhəmmədov tərəfindən yazılıb, aranjeman isə nəvəsi tərəfindən edilib.

Babək Göyüş

AzNews.az