Naomi Kempbell səhrada çılpaq soyundu

14 İyun 2019 17:40 (UTC+04:00)

İngilis supermodeli Naomi Kempbell səhrada qumların fonunda çılpaq soyunub.

AzNews.az xəbər verir ki, şəkil onun İnstagram səhifəsində paylaşılıb və bir neçə saat ərzində 400 mindən çox layk yığıb.

Fotoşəkil Vogue jurnalının ingilis versiyasının nömrəsini bəzəyəcək. Şəkildə maneken tamamilə çılpaqdır.

Kempbell artıq 49 yaşında olmasına baxmayaraq, mükəmməl bir formaya malikdir.

Abunəçilər modelin fotoşəkilləri altında təəccüblü və həvəsli şərhlər yazıblar.

Babək Göyüş

AzNews.az