Rumıniya Aİ-ni Moldovada böhrana son qoymağa çağırır

14 İyun 2019 17:43 (UTC+04:00)

Rumıniya Prezident Administrasiyasının yaydığı məlumata əsasən, ölkə Prezidenti Klaus Yohannis Avropa İttifaqı rəhbərliyini Moldovada böhran vəziyyətə son qoymaq üçün konkret addımlar atmağa çağırıb.

Bildirilir ki, Aİ-nin bu istiqamətdə fəaliyyəti danışıqlara əsaslanmalı, qurumun prinsipləri və dəyərləri üzərində qurulmalıdır.

Eyni zamanda, qeyd olunur ki, Rumıniya Moldovanın Avropa yolunu dəstəkləməyə hər zaman hazırdır.(AZƏRTAC)

AzNews.az