Dövlət Qoruğunda yanğın

14 İyun 2019 18:14 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakının Qaradağ rayonu, Qobustan Dövlət Qoruğuna aid dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.(qafqazinfo.az)

AzNews.az