Bəşər Əsəd gənclərin arasında

5 May 2013 14:59 (UTC+04:00)
Bəşər Əsəd ölkədə yaşanan hadisələrdə həyatını itirən tələbələr üçün hazırlanan "Şəhid Abidə"sinin açılış mərasimində iştirak edib.


Şam Universitetinə edilən ziyarətlə bağlı Əsədin "Facebook" hesabında paylaşılan görüntülərdə Suriya Dövlət Başçısı bir qrup gənclə birlikdə görülüb.

Suriyada hadisələrin başlamasından bu yana xalq içərisində çox nadir görünən Əsədin bir həftə ərzində ikinci dəfə ictimaiyyət arasında görünməsi diqqət çəkib.

Xatırladaq ki, Əsəd may ayının 1-də də Şamda bir elektrik stansiyasını da ziyarət etmişdi.

AzNews.az