Avtobus sürücüsü qəza törətdi

14 İyun 2019 18:52 (UTC+04:00)

Gürcüstanda turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Nəticədə 1 nəfər ölüb, bir neçə turist xəsarət alıb. Yaralılardan biri xəstəxanaya yerləşdirilib.

Hadisə Gürcüstanın Tuşeti bölgəsində baş verib.

Pşaveli-Abano yolu ilə hərəkət edən avtobus yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisənin səbəbləri araşdırılır.(AZƏRTAC)

AzNews.az