Baş Nazir Əfqanıstanın icra rəisi ilə görüşdü

14 İyun 2019 19:05 (UTC+04:00)

Azərbaycanın Baş Naziri Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün iyunun 14-də Tacikistanın paytaxtı Düşənbəyə səfərə gəlib.

Nazirlər Kabinetindən verilən məlumata görə, səfər çərçivəsində Baş Nazir Novruz Məmmədovun Əfqanıstan İslam Respublikasının icra rəisi Abdulla Abdulla ilə görüşü olub.(report.az)

AzNews.az