Bakıda çimərlikdə bədbəxt hadisə

14 İyun 2019 21:52 (UTC+04:00)

Bakının Şıxov çimərliyində bədbəxt hadisə baş verib.

2004-cü il təvəllüdlü Rusiya vətəndaşı Nikolay Andreyeviç dənizdə batıb.

Yeniyetmənin anası sərxoş olduğunu və bu səbəbdən oğlunun diqqətdən yayındığını bildirib.

Qeyd edək ki, xilasedicilər tərəfindən Xocəsən sakini Nikolay Andreyeviçin cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.(qafqazinfo.az)

AzNews.az