"Haydı, Amerika dediyini etdirsin bizə, etdirə bilirmi görək?" - Süleyman Soylu

15 İyun 2019 08:27 (UTC+04:00)

"S-400-ü ala bilməzsən deyəndə biz "baş üstə" deyəcəyik?"

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Gaziosmanpaşada Barbaros Hayrettinpaşa məhəlləsində yerləşən "Kubbe" təhsil fondunu ziyarət edərkən deyib.

Soylu Türkiyənin zəif ölkə olmadığını vurğulayıb:

"Haydı, Amerika dediyini etdirsin bizə, etdirə bilirmi görək? Biz ayaqları üzərində dura bilən ölkəyik. Bu, məsuliyətimizi daha da artırır. Sabah daha güclü olacağıq. Allahın izni ilə 2023, 2053, 2071... Daha güclü olacağıq".

Nazir ABŞ-ın girdiyi hər ölkəni bərbad etdiyini deyib.

O, Rusiyadan S-400 alışı ilə bağlı ABŞ-ın mövqeyini tənqid edib.

"S-400-ü ala bilməzsən deyəndə biz "baş üstə" deyəcəyik? Dünən pulumuz yox idi, bu gün var. Dünən bizə uzaq mənzillilərlə hücum edənlərə qarşı müdafiəsiz idik, Allahın izni ilə 2 ay sonra S-400-lərlə birlikdə Türkiyənin müstəqilliyi bir qat da artacaq. Bu millət birlikdə minbir başlı qartalı daşıyacaq qabiliyyətə malikdir".

Pərvanə Ağazadə

AzNews.az