NATO ABŞ-ın oyuncağı deyil - Dövlət Baxçalıdan Ağ Evə cavab

15 İyun 2019 12:47 (UTC+04:00)

"ABŞ-la yaşanan S-400 anlaşmazlığından sonra müttəfiqlik qırılma nöqtəsinə qədər gəlib".

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı İstanbulda muxtarlarla görüşündə deyib.

D.Baxçalı Türkiyənin müstəqil ölkə olduğunu vurğulayıb:

"Bu barədə şübhəsi olan varsa, cahildir. Kimdən hansı silahı alacağımız barədə qərarı sadəcə biz verərik.

6 iyun 2019-cu ildə Müdafiə nazirimizə göndərilən məktub gündəmin ən vacib mövzusudur. Bu məktub məqsədlidir. Üslubunun problemli olması bir tərəfə, məktubda yazılanlar bir kənara, tam bir ağılın itməsi, tam bir əxlaq tükənişidir.

ABŞ-ın məktubçu naziri deyir ki, Rusiyadan S-400 alsanız, ağır nəticələrinə dözməli olarsınız. Davamında NATO və ABŞ-la ortaqlığın axsayacağını nəzakətsiz, sərt yanaşma ilə dilə gətirir.

Bu dil imperialist və zorba dildir. Bu dillə orta əsrlərdə belə rastlaşmaq mümkün deyil. ABŞ Türkiyənin siniri ilə oynayır. Bu məktuba veriləcək ən qalıcı cavab büküb geri göndərməkdir.

Türkiyəni sanksiya ilə təhdid etmək düşmənlikdir.

NATO ABŞ-ın arxa bağçası, oyuncağı deyil.

Milli səbrimizi zorlamağın nəticəsi ağır olacaq.

F-35-i vermərik deyənlər inşallah günü gələndə türk möcüzəsi ilə tanış olacaqlar. Milli silah və təyyarələrin tamamilə öz imkan, zəkamızla istehsal edildiyini görəcəklər. Bu qabiliyyət bizdə var. Türkiyə S-400-ü alacaq və quraşdıracaq. Bu söhbət bağlanmışdır".

Pərvanə Ağazadə

AzNews.az