Putinlə Ərdoğan Düşənbədə görüşdü

15 İyun 2019 12:56 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Düşənbədə ayaqüstü qısa görüş keçiriblər.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Toplantısı sammiti başlamazdan öncə baş tutub. (Axar.az)