Nazir müavininin qardaşı oğluna vəzifə verildi

15 İyun 2019 14:05 (UTC+04:00)

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.

R.Usubovun əmri ilə Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Mahir Quliyev 23-cü Polis Bölməsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, M.Quliyev isə Daxili işlər nazirinin müavini Fazil Quliyevin qardaşı oğludur.(qafqazinfo.az)

AzNews.az