Etibar Məmmədov Elçibəyin xanımının vəfatı ilə bağlı başsağlığı verdi

15 İyun 2019 14:44 (UTC+04:00)

AMİP lideri Etibar Məmmədov mərhum prezident Əbülfəz Elçibəyin xanımı Həlimə xanım Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Etibar Məmmədov başsağlığında bunları bildirib:

"Mərhum prezident Əbülfəz Elçibəyin xanımı Həlimə xanım Əliyevanın vəfatı xəbəri məni çox kədərləndirdi.

Həlimə xanımın vəfatı ilə əlaqədar olaraq bir daha kədərləndiyimi bildirir, mərhumun oğlu Ərturqut bəyə və qızı Çilənay xanıma dərin hüzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

AzNews.az