İşçiləri Trampı belə təbrik etdilər - VİDEO

15 İyun 2019 15:16 (UTC+04:00)

Ötən gün ABŞ prezidenti Donald Tramp Ağ Evin həyətinə çıxan zaman ölkə administrasiyasının və kiçik biznesin nümayəndələri ölkə başçısına "Happy Birthday to You" mahnısını ifa ediblər.

Yüksək əhval-ruhiyyədə olan D.Trampı bu təşəbbüs təəccübləndirib.

Qeyd edək ki, ötən gün iyunun 14-ü ABŞ prezidenti Donald Trampın 73 yaşı tamam olub.(trend.az)

AzNews.az