Ağsaqqallar şurasına keçirilən seçkilərdə saxtakarlıq - VİDEO
5 May 2013 17:30 (UTC+04:00)
İrəvanda ağsaqqallar şurasına keçirilən seçkilərdə saxtakarlıq faktları qeydə alınıb. Bu barədə RİA Novosti agentliyi Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istandən məlumat yayıb.
Polisin məlumatına görə, bu gün səhər saat 09:30 radələrində İrəvan şəhəri Kanakera küçəsi ev 1 mənzil 39-da yaşayan R.K adlı şəxs zəng edərək 26-cı binada yaşayan qonşusu S.M-in namizədlərinin dəstəklənməsi üçün "Çiçəklənən Ermənistan" partiyası adından pul payladığı barədə xəbər verib.
Məlumat polis tərəfindən qeydə alınıb və dərhal dəlillərin toplanılması üçün hazırlıqlara başlanılıb.
Bundan başqa iditor.org saytı Ariyan Soqayan adlı facebook istifadəçisiqnin səhifəsinə istinadən "Çiçəklənən Ermənistan" partiyasının Qurqen Arsenyana məxsus "Arsoyl" şirkətinin Qulbenkyan küçəsindəki oifisndə seçicilərə pul paylanması haqqında xəbər yayıb.
Qeyd edək ki, Arsenyan İrəvan ağsaqqalar şurası seçkilərində "Çiçəklənən Ermənistan" partiyasının proparsional siyahısında ikinci şəxsdir. //anspress//