Ermənistanda kənd icmasının başçısı güllələndi

15 İyun 2019 17:43 (UTC+04:00)

Ermənistanın Tavuş vilayətinin Lusaxovit kənd icmasının başçısı Qriqor Sarxatyan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Sputnik Ermənistan” xəbər verir ki, hadisə Tavuş vilayətinin İcevan şəhərində baş verib. Mübahisə zamanı İcevan sakini icma başçısına atəş açıb.

Q. Sarxatyan dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Ermənistan İstintaq Komitəsi fakt üzrə cinayət işinə başlayıb.

Hadisənin təfərrüatı araşdırılır.(qafqazinfo.az)

AzNews.az