Nə qədər, gözəlsən, gözəl ay quba

15 İyun 2019 18:38 (UTC+04:00)

Qubada 15 İyun – Milli Qurtuluş Günü möhtəşəm bayram konserti və şəhərin Molla Pənah Vaqif küçəsinin yenidənqurmadan sonra açılışı ilə yadda qalıb.

2 min 650 metr uzunluğundakı küçəyə yeni asfalt örtüyü döşənib, işıqlandırma sistemi qurulub. Piyadalar üçün səkilər təmir edilib, yolun kənarına bardürlər düzülüb və müvafiq yerlərdə işıqforlar qoyulub.

Küçənin açılışından sonra şəhərin mərkəzindəki Heydər Əliyev adına parkda təşkil edilən bayram tədbirində çıxış edənlər Ulu Öndərin siyasi hakimiyyətə qayıdışının Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər.

Vurğulanıb ki, 1993-cü ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş respublikamızın dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ulu öndər Heydər Əliyevin dühası, zəngin təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdləri dəf edə bildi. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamını özünə qaytardı. Ölkəmizdə sabitlik və əmin-amanlıq yarandı və beləliklə, 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Respublkanın tanınmış incəsənət nümayəndələrinin çıxış etdiyi bayram konserti şəhər sakinlərinin və qonaqların zövqünü oxşayıb.(AZƏRTAC)

AzNews.az