Ukraynanın 20 yaşlı futbolçuları bu ölkəni dünya çempionu etdilər

15 İyun 2019 23:13 (UTC+04:00)

Finalda Cənubi Koreya millisini 3:1 hesabıyla məğlub edən Ukrayna yığması turnirin qalibi olub.

Ukraynalılar çempion olmaqla yanaşı, həm də dünya çempionatını məğlubiyyətsiz başa vurmaqla yadda qalıblar.

Qeyd edək ki, turnirin üçüncüsü İtaliyanı 1:0 hesabı ilə məğlub edən Ekvador millisi olub.(qafqazinfo.az)

AzNews.az