Minik avtomobili yandı

15 İyun 2019 23:49 (UTC+04:00)

Lənkəranda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Lənkəran şəhərinin Girdəni kəndində "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb(trend.az)

AzNews.az